Növbəti ting paylama aksiyası Sumqayıtda keçirilib
28 Mart 2022, 14:00
“Bir ağac - min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində Bravo superstorun qarşısında keçirilib.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara Eldar şamı, sərv, nar, heyva, xurma tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.