Xəbərlər


“Bir ağac-min nəfəs”

27 Mart 2022, 10:00

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 27 mart 2022-ci il tarixində saat 12.00-da tinglərin paylanması aksiyası keçiriləcək.

Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.

Ünvan: Bravo Superstor - Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2