“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası bu dəfə Şabranda keçirilib
26 Mart 2022, 17:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azpetrol LTD" MMC-nin birgə təşkilatçılığı ilə Şabran rayonunda fəaliyyət göstərən Azpetrol YDM-də vətəndaşlara sərv, tuya, gilas, xurma, heyva tingləri hədiyyə edilib.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.