Xəbərlər


“Bir ağac-min nəfəs”

26 Mart 2022, 10:00

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azpetrol LTD" MMC-nin birgə təşkilatçılığı ilə 26 mart 2022-ci il tarixində saat 10.30-da  tinglərin paylanması aksiyası keçiriləcək.

Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.

Ünvan: "Azpetrol" yanacaqdoldurma məntəqəsi- Şabran rayonu, Məmməd Əmin Rəsulzadə küçəsi