22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür.
22 Mart 2022, 10:00
BMT-nin Baş Assambleyasının qərarına əsasən 22 mart tarixi “Ümumdünya su resursları günü” elan edilib. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.
Bu il Ümumdünya Su Günü "Yeraltı sular" devizi ilə qeyd olunur. Yeraltı sular görünməzdir, lakin onun təsiri hər yerdə görünür. Dünyadakı şirin su ehtiyatlarının demək olar ki, hamısı yeraltı sulardır. İqlim dəyişikliyinin təsiri ilə onlar getdikcə kritik hala gələcək. Bu qiymətli sərvəti davamlı şəkildə idarə etmək, diqqətdən kənarda saxlamamaq lazımdır.