Xəbərlər


Ting paylama aksiyası davam edir

19 Mart 2022, 15:00

“Bir ağac-min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda “Araz” supermarketin qarşısında keçirilib.

Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara ağac tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Aksiya növbəti günlərdə də davam etdiriləcək.