“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası bu dəfə Mərdəkanda keçirilib
17 Mart 2022, 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azpetrol” şirkətinin birgə təşkilatçılığı ilə Mərdəkanda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində şam, sərv, nar, ərik və badam tingləri paylanılıb.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir.
Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.