Vətəndaşlara növbəti dəfə ağac tingləri hədiyyə edilib
15 Mart 2022, 18:00
“Bir ağac-min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunda Bravo superstorun qarşısında keçirilib.
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
ETSN hər bir vətəndaşı bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.