Xəbərlər


Müsabiqənin qalibləri mükafatlandırılıb

18 Fevral 2022, 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə keçirilən “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Dənizə çirkab suların axıdılmasının qarşısının alınması, sahil ərazilərində tullantıların düzgün idarə olunması, qanunsuz balıq ovu ilə mübarizə kimi mövzuları əhatə edən müsabiqənin qalibləri - Bəxtiyar Hacıyev, Mehri Hüseynli, Vüsal Heybətov, Zəhra Məmmədova, Suğra Heybətzadə, Aytac Hüseynəliyevaya sertifikat və pul mükafatları təqdim edilib. Zeynəb Məmmədova isə həvəsləndirici yerin sahibi kimi mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqənin əsas hədəfi ictimaiyyətin diqqətini istedadlı insanların yaradıcı işləri vasitəsilə Xəzər dənizinin ekoloji problemləri və onun həlli yollarına yönəltmək, müxtəlif çağırışlarla daha geniş kütləyə xitab etməkdir.