Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

07 Fevral 2022, 15:05

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında və Lənkəran, Astara rayonlarının daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Azad Cavadov və Astara rayon sakini Asif Məhərrəmov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Şəki rayonu ərazisində ov qaydalarını pozduğuna görə rayon sakini Səməd Ələsgərov saxlanılaraq cərimələnib.