Xəbərlər


Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn bir sıra maarifləndirici tədbirlər keçirilib

27 Yanvar 2022, 14:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən məktəblilərlə görüş təşkil olunub, onlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin təbii ehtiyatları, xüsusi mühafizə olunan təbiət əraziləri, fauna və flora aləmi ilə bağlı məlumatlar verilib, Azərbaycan təbiəti və milli parklar haqqında video çarxlar nümayiş etdirilib.

Eyni zamanda, ekokönüllülər tərəfindən şəhərin müxtəlif istiqamətlərində azyaşlı uşaqlara və məktəblilərə ətraf mühitin mühafizəsinə həsr olunmuş və müxtəlif yaş kateqoriyalarına uyğun kitablar hədiyyə edilib.

Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbirlər regionlarda da keçirilib.