Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məktəblilərin Ekoloji Şurası yaradılır
27 Yanvar 2022, 10:50
Ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində məktəblilərin aktiv iştirakını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Məktəblilərin Ekoloji Şurası” yaradılır.
Nazirlik təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edir.
Şuraya üzv olmaq istəyənlər sənədlərini (namizədlik barədə müraciət; şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal) 28 fevral 2022-ci il tarixinədək public@eco.gov.az poçt ünvanına təqdim edilə bilərlər.
“Məktəblilərin Ekoloji Şurası”na üzvlük barədə elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.