Quşların mühafizə edilməsi məqsədi ilə elektrik ötürücü dirəklər üçün xüsusi örtüklərin quraşdırılmasına başlanıb
10 Yanvar 2022, 18:00
IDEA İB, “Azərenerji” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quşların mühafizə edilməsi məqsədi ilə elektrik ötürücü dirəklər üçün xüsusi örtüklərin quraşdırılmasına başlayıb.
Konus formalı örtüklər Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarında olduğu kimi bu xətlərin keçdiyi yerlərdə quşların tələfatının ən yüksək olduğu ərazilərdə quraşdırılacaq.
Örtüyün rəngi və forması quşların dirəklərdə yuva qurmasının qarşısını alacaq, həm quşları, həm də elektrik xətlərini qoruyacaq.