“Xəzəri birgə qoruyaq” müsabiqəsinin qalibləri müəyyən olundu
24 Dekabr 2021, 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə keçirilən “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsinin qalibləri müəyyən olunub.
I yer – Bəxtiyar Hacıyev
II yer – Mehri Hüseynli; Vüsal Heybətov
III yer – Aytac Hüseynəliyeva; Zəhra Məmmədova; Suğra Heybətzadə
Zeynəb Qurbanova isə çəkdiyi maraqlı videoçarxla həvəsləndirici yerin sahibi olub.
Qaliblərimizi təbrik edir, ətraf mühitin qorunması, ictimaiyyətin diqqətinin ekoloji problemlərin həllinə yönəldilməsi istiqamətində təşəbbüskarlıqları üçün təşəkkür edirik.