Dekabrın 23-də oduncağın tədarük olunduğu ərazilər
24 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 23 dekabr 2021-ci il tarixində ümumilikdə 116 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Ağcabədi rayonu üzrə 40 m3, Beyləqanda 40 m3, Zaqatalada 24 m3, Ağdamda 12 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.