Dekabrın 3-də oduncağın tədarük olunduğu ərazilər
04 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 3 dekabr 2021-ci il tarixində ümumilikdə 252 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Şabran rayonu üzrə 48 m3, Zaqatalada 39 m3, Zərdabda 35 m3, Astarada 26 m3, Lerikdə 92 m3, Lənkəranda 12 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.