Dekabrın 2-də oduncağın tədarük olunduğu ərazilər
03 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 2 dekabrr 2021-ci il tarixində ümumilikdə 180 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Gədəbəy rayonu üzrə 40 m3, Lerikdə 8 m3, Astarada 26 m3, Bərdədə 46 m3, Şəkidə 3 m3, Zaqatalada 57 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.