Dekabrın 20-də oduncağın tədarük olunduğu ərazilər
21 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 20 dekabr 2021-ci il tarixində ümumilikdə 414 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Oğuz rayonu üzrə 50 m3, Lerikdə 44 m3, Şamaxıda 20 m3, Zaqatalada 60 m3, Tərtərdə 240 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.