Dekabrın 21-də oduncağın tədarük olunduğu ərazilər
22 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 21 dekabr 2021-ci il tarixində ümumilikdə 1097 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Quba rayonu üzrə 56 m3, Şəkidə 110 m3, Qaxda 129 m3, Göygöldə 9 m3, Tərtərdə 41 m3 , Goranboyda 11 m3, Zaqatalada 50 m3, Ağcabədidə 132 m3, Qəbələdə 170 m3, Oğuzda 369 m3, Şamaxıda 20 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.