Dekabrın 22-də oduncağın tədarük olunduğu ərazilər
23 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 22 dekabr 2021-ci il tarixində ümumilikdə 173 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 38 m3, Lerikdə 34 m3, Lənkəranda 38 m3, Qubada 30 m3, Xaçmazda 26 m3, Göygöldə 7 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.