“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya bu dəfə Sumqayıt “ASAN xidmət” mərkəzində keçirilib
21 Dekabr 2021, 15:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə Sumqayıt “ASAN xidmət” mərkəzinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.
“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə verməkdir.
Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir. Bu aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.