Xəbərlər


Dekabrın 15-də oduncağın tədarük olunduğu ərazilər

16 Dekabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
 
Ölkə üzrə 15 dekabr 2021-ci il tarixində ümumilikdə 226 m3 həcmində oduncaq tədarük olunub.
 
Belə ki, Lerik rayonu üzrə 13 m3, Xaçmazda 36 m3, Zaqatalada 6 m3, Balakəndə 4 m3, Şabranda 84 m3, Oğuzda 20 m3, İsmayıllıda 60 m3, Göygöldə 3 m3 həcmində oduncaq tədarük olunub.
 
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.