Ting paylama aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilib
15 Dekabr 2021, 18:00
“Bir ağac-min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.
Qeyd edək ki, tinglərin paylanılması aksiyaları Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.