Xəbərlər


Gənc ekoloqlar Şuşa şəhərinə səfər edib

14 Dekabr 2021, 16:59

13 dekabr tarixində gənc ekoloqlar “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi çərçivəsində Şuşa şəhərinə səfər edib. 
 
Səfər zamanı layihə iştirakçıları ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. Daha sonra isə “Qarabağı qoru” şuarı altında kütləvi ağacəkmə aksiyası da keçirilib. Bununla da, layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırıblar. 
 
Şuşa ilə yanaşı, lahiyə çərçivəsində gənclər həmçinin Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına səfər ediblər.