Xəbərlər


Tut tingləri yarmarkası növbəti dəfə Qala qəsəbəsində keçirilib

04 Dekabr 2021, 17:05

4 dekabr 2021-ci il tarixində Qala qəsəbəsi, Mərdəkan prospekti 89 ünvanında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsində tut tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azpetrol Ltd" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada vətəndaşlara ETSN-in tinglik sahələrində yetişdirilən 500-ə yaxın tut tingi hədiyyə edilib.

Bu cür tədbirlərin keçirilməsində məqsəd ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və ölkəmizdə bu aksiyaların ənənə halını almasına şərait yaratmaqdır.

Qeyd edək ki, ting paylama aksiyaları Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.