Ting paylama aksiyası bu dəfə Hövsanda baş tutub
30 Noyabr 2021, 15:15
“Bir ağac-min nəfəs” devizi altında keçirilən ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketləri şəbəkəsinin birgə təşkilatçılığı ilə 30 noyabr 2021-ci il tarixində Hövsan qəsəbəsində fəaliyyət göstərən Araz marketin qarşısında davam etdirilib.
Tədbir zamanı Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri alıcılara hədiyyə edilib. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.
ETSN hər kəsi bu aksiyalarda fəal iştirak etməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.