“Yaşıl Marafon” kampaniyası davam edir
30 Noyabr 2021, 13:00
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Ölkə üzrə 29 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 13 hektar ərazidə 12 157 ədəd müxtəlif cinsli ağac əkilib, 640 kiloqram toxum səpilib.
Belə ki, Xocasən gölünün sol sahilində 1 ha 1000 ədəd ağac, İsmayıllı rayonu üzrə 3,5 ha ərazidə 2200 ədəd ağac, 220 kq toxum, Qəbələ rayonu üzrə 1,5 ha ərazidə 2291 ədəd ağac, Şirvan rayonu üzrə 1 ha ərazidə 2500 ədəd ağac, Hacıqabul rayonu üzrə 1 ha ərazidə 1000 ədəd ağac, Sabirabad rayonu üzrə 1 ha ərazidə 2500 ədəd ağac, Xaçmaz rayonu üzrə 2 ha ərazidə 120 kq toxum, Samux rayonu üzrə 1 ha ərazidə 1666 ədəd ağac, Masallı rayonu üzrə 1 ha ərazidə 150 kiloqram toxum, Yardımlı rayonu üzrə 1 ha ərazidə 150 kiloqram toxum səpilib.
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.