“Yaşıl Marafon” kampaniyası davam edir
26 Noyabr 2021, 13:00
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Ölkə üzrə 25 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 10,8 hektar ərazidə 11 633 ədəd müxtəlif cinsli ağac əkilib, 200 kiloqram toxum səpilib.
Belə ki, Beyləqan rayonu üzrə 1,8 ha ərazidə 4339 ədəd ağac, Qazax rayonu üzrə 2 ha ərazidə 200 kq toxum, Sabirabad rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac, Hacıqabul rayonu üzrə 2 ha ərazidə 1500 ədəd ağac, Qəbələ rayonu üzrə 1 ha ərazidə 1111 ədəd ağac, Samux rayonu üzrə 0,5 ha ərazidə 833 ədəd ağac, İsmayıllı rayonu üzrə 1 ha ərazidə 1100 ədəd ağac, Zaqatala rayonu üzrə 1,5 ha ərazidə 1500 ədəd ağac əkilib.
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.