Xəbərlər


Noyabrın 30-da oduncağın tədarük olunduğu ərazilər

01 Dekabr 2021, 09:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 30 noyabr 2021-ci il tarixində ümumilikdə 479 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Yevlax rayonu üzrə 35 m3, Lənkəranda 4 m3, Astarada 15 m3, Lerikdə 318 m3, Şəmkirdə 40 m3, Zaqatalada 19 m3, Balakəndə 17 m3, Şabranda 31 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.