Xəbərlər


Noyabrın 26-da oduncağın tədarük olunduğu ərazilər

27 Noyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 26 noyabr 2021-ci il tarixində ümumilikdə 111 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Gədəbəy rayonu üzrə 20 m3, Zaqatalada 38 m3, Lənkəran 7 m3, Lerik 25 m3, Şabranda 21 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.