Xəbərlər


Noyabrın 25-də oduncağın tədarük olunduğu ərazilər

26 Noyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 25 noyabr 2021-ci il tarixində ümumilikdə 88 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Bərdə rayonu üzrə 4 m3, Zaqatalada 63 m3, Lənkəran 13 m3, Lerik 5 m3, Göygöldə 3 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.