Noyabrın 29-da oduncağın tədarük olunduğu ərazilər
30 Noyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 29 noyabr 2021-ci il tarixində ümumilikdə 249 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Şabran rayonu üzrə 40 m3, Ağdaşda 30 m3, Göygöldə 6 m3, Gədəbəydə 40 m3, Zaqatalada 69 m3,Masallıda 10 m3, Lənkəranda 29 m3, Lerikdə 10 m3, Astarada 15 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.