Xəbərlər


“Bir ağac-min nəfəs” devizi altında vətəndaşlara ağac tingləri paylanılıb

26 Noyabr 2021, 17:10

Ölkədə yaşıllıqların sayının artırılması məqsədilə 26 noyabr 2021-ci il tarixində növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən BRAVO marketi qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.
 
“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və bu ənənənin getdikcə daha da kütləvi xarakter almasına şərait yaratmaqdır.
 
Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Bu aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.