Xəbərlər


Ov edən şəxs cəzalandırılıb

26 Noyabr 2021, 14:10

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.