Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

22 Noyabr 2021, 12:00

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 22 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 21,65 hektar ərazidə 26 708 ədəd müxtəlif cinsli ağac əkilib, 515 kiloqram toxum səpilib.

Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 2.5 ha 2597 ədəd, Müşviqabad Cəngi qəsəbəsində 0.65 ha 484 ədəd, Ağdaş rayonu üzrə 2,5 ha ərazidə 3750 ədəd ağac əkilib və 70 kq toxum səpilib, Beyləqan rayonu üzrə 2 ha ərazidə 6666 ədəd, İsmayıllı rayonu üzrə 1 ha ərazidə 1111 ədəd, Ağstafa rayonu üzrə 1 ha ərazidə 1000 ədəd ağac əkilib, Tovuz rayonu üzrə 1 ha ərazidə 100 kiloqram toxum səpilib, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd, Hacıqabul rayonu üzrə 1 ha ərazidə 1250 ədəd, Şirvan şəhəri üzrə 1 ha ərazidə 1000 ədəd, Daşkəsən rayonu üzrə 2 ha ərazidə 2400 ədəd ağac əkilib, Masallı rayonu üzrə 1 ha ərazidə 120 kq, Astara rayonu üzrə 1,5 ha ərazidə 225 kq toxum səpilib, Balakən rayonu üzrə 0,5 ha ərazidə 825 ədəd, Qəbələ rayonu üzrə 2 ha ərazidə 2500 ədəd, Oğuz rayonu üzrə 1,5 ha ərazidə 2500 ədəd ağac əkilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.