Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

20 Noyabr 2021, 12:00

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 19 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 15,7 hektar ərazidə 18 508 ədəd müxtəlif cinsli ağac əkilib, 440 kiloqram toxum səpilib.

Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 500 ədəd, Beyləqan rayonu üzrə 1 ha ərazidə 3333 ədəd ağac İsmayıllı rayonu üzrə 7 ha ərazidə 7700 ədəd ağac, Yevlax rayonu üzrə 1,2 ha ərazidə 3000 ədəd ağac, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd ağac əkilib, Hacıqabul rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac, Şəmkir rayonu üzrə 1 ha ərazidə 1100 ədəd ağac, Masallı rayonu üzrə 1 ha ərazidə 140 kiloqram toxum, Astara rayonu üzrə 2 ha ərazidə 300 kiloqram toxum, Zaqatala rayonu üzrə 1 ha ərazidə 1000 ədəd ağac əkilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.