Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

18 Noyabr 2021, 12:00

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 18 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 11,9 hektar ərazidə 19 049 ədəd müxtəlif cinsli ağac əkilib, 480 kiloqram toxum səpilib.

Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 500 ədəd, Ağcabədi rayonu üzrə 4,2 ha ərazidə 13 999 ədəd, Qəbələ rayonu üzrə 0,7 ha ərazidə 875 ədəd, Xaçmaz rayonu üzrə 0,5 ha ərazidə 550 ədəd, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd, Sabirabad rayonu üzrə 1 ha ərazidə 1250 ədəd, Şirvan şəhəri üzrə 1 ha ərazidə 1250 ədəd ağac əkilib, Lənkəran rayonu üzrə 4 ha ərazidə 480 kiloqram toxum səpilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.