Xəbərlər


Noyabrın 19-da oduncağın tədarük olunduğu ərazilər

20 Noyabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 19 noyabr 2021-ci il tarixində ümumilikdə 363 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 50 m3, Şəkidə 21 m3, Qaxda 105 m3, Lənkəranda 18 m3, Astarada 9 m3, Masallıda 33 m3, Qəbələdə 10 m3, Daşkəsəndə 30 m3, İsmayıllıda 20 m3, Bərdədə 47 m3, Şabranda 20 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.