Noyabrın 5-də oduncağın tədarük olunduğu ərazilər
06 Noyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 5 noyabr 2021-ci il tarixində ümumilikdə 383 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 87 m3, Bərdədə 40 m3, Tovuzda 20 m3, Qəbələdə 50 m3, Oğuzda 50 m3, İsmayıllıda 20 m3, Şəkidə 45 m3, Qaxda 20 m3, Astarada 9 m3, Lerikdə 20 m3, Göygöldə 7 m3, Şabranda 15 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.