Noyabrın 2-də oduncağın tədarük olunduğu ərazilər
03 Noyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 2 noyabr 2021-ci il tarixində ümumilikdə 638 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 176 m3, Ağdamda 40 m3, Yevlaxda 20 m3, Göygöldə 4 m3, Tovuzda 20 m3, Qubada 20 m3, Ağsuda 20 m3, İsmayıllıda 39 m3, Qəbələdə 121 m3, Oğuzda 45 m3, Şəkidə 30 m3, Qaxda 56 m3, Lerikdə 22 m3, Şabranda 25 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq