Oktyabrın 18-də oduncağın tədarük olunduğu ərazilər
19 Oktyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 18 oktyabr 2021-ci il tarixində ümumilikdə 645 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 38 m3, Qaxda 54 m3, Şəkidə 22 m3, Qubada 10 m3, Qusarda 40 m3, Ağcabədidə 20 m3, Şabranda 35 m3, Şamaxıda 10 m3, İsmayıllıda 76 m3, Qəbələdə 122 m3, Oğuzda 20 m3, Lənkəranda 15 m3, Ağdaşda 13 m3, Bərdədə 14 m3, Göygöldə 20 m3, Goranboyda 3 m3, Sabirabadda 7 m3, Cəlilabadda 25 m3, Masallıda 101 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.