Oktyabrın 14-də oduncağın tədarük olunduğu ərazilər
15 Oktyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 14 oktyabr 2021-ci il tarixində ümumilikdə 326 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 95 m3, Qaxda 18 m3, Qusarda 35 m3, Xaçmazda 7 m3, Şabranda 10 m3, Ağsuda 20 m3, İsmayıllıda 40 m3, Qəbələdə 50 m3, Lənkəranda 10 m3, Bərdədə 18 m3, Goranboyda 4 m3, Sabirabadda 4 m3, Cəlilabadda 5 m3, Masallıda 10 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.