Sentyabrın 23-də oduncağın tədarük olunduğu ərazilər
24 Sentyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 23 sentyabr 2021-ci il tarixində ümumilikdə 383 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 22 m3, Qaxda 38 m3, Şəkidə 20 m3, Qəbələdə 14 m3, Oğuzda 20 m3, Ağdamda 16 m3, Qusarda 15 m3, Qubada 45 m3, Xaçmazda 7 m3, Qazaxda 5 m3, Göygöldə 4 m3, Lənkəranda 13 m3, Lerikdə 10 m3, Astarada 4 m3, İsmayılıda 45 m3, Masallıda 105 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.