Xəbərlər


Noyabrın 18-də oduncağın tədarük olunduğu ərazilər

19 Noyabr 2021, 15:15

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 18 noyabr 2021-ci il tarixində ümumilikdə 262 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 54 m3, Şəkidə 21 m3, Lənkəranda 20 m3, Şəmkirdə 30 m3, Göygöldə 7 m3, Qəbələdə 9 m3, Sabirabadda 5 m3, Ağdamda 62 m3, Bərdədə 36 m3, Şabranda 18 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.