Xəbərlər


Noyabrın 17-də oduncağın tədarük olunduğu ərazilər

18 Noyabr 2021, 15:15

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 17 noyabr 2021-ci il tarixində ümumilikdə 434 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Zaqatala rayonu üzrə 75 m3, Şəkidə 13 m3, Qaxda 105 m3, Ağcabədidə 10 m3, Masallıda 43 m3, Göygöldə 29 m3, Goranboy 30 m3, Lənkəran 50 m3, Sabirabad 8 m3, İsmayıllı 20 m3, Ağsu 20 m3, Tərtər 31 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.