Noyabrın 16-da oduncağın tədarük olunduğu ərazilər
17 Noyabr 2021, 15:15
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 16 noyabr 2021-ci il tarixində ümumilikdə 243 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 88 m3, Şəkidə 44 m3, Qaxda 20 m3, Ağcabədidə 20 m3, Ağdamda 38 m3, Masallıda 27 m3, Göygöldə 3 m3, Sabirabadda 3 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.