Noyabrın 15-də oduncağın tədarük olunduğu ərazilər
16 Noyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 15 noyabr 2021-ci il tarixində ümumilikdə 770 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 105 m3, Qubada 131 m3, Oğuzda 55m3, Qəbələdə 37 m3, Şəkidə 61 m3, Bərdədə 40 m3, Ağdamda 36 m3, Zərdabda 105 m3, Yevlaxda 38 m3, Astarada 9 m3, Lerikdə 22 m3, İsmayıllıda 30 m3, Ağcabədidə 10 m3, Göygöldə 4 m3, Masallıda 57 m3, Şabranda 30 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.