Xəbərlər


“Yaşıl Marafon” kampaniyası davam edir

15 Noyabr 2021, 17:25

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 15 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 24,5 hektar ərazidə 36 069 ədəd müxtəlif cinsli ağac əkilib, 100 kiloqram toxum səpilib.

Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 500 ədəd, Siyəzən rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd, Beyləqan rayonu üzrə 1 ha ərazidə 3333 ədəd, İmişli rayonu üzrə 0,5 ha ərazidə 1666 ədəd, Bərdə rayonu üzrə 3,5 ha ərazidə 5000 ədəd ağac əkilib, 100 kiloqram toxum səpilib, Ağdaş rayonu üzrə 5 ha ərazidə 8250 ədəd, Qəbələ rayonu üzrə 2 ha ərazidə 3333 ədəd, Gədəbəy rayonu üzrə 5 ha ərazidə 6250 ədəd, İsmayıllı rayonu üzrə 2,5 ha ərazidə 1562 ədəd, Zaqatala rayonu üzrə 0,5 ha ərazidə 550 ədəd, Ağstafa rayonu üzrə 1 ha ərazidə 1250 ədəd, Sabirabad rayonu üzrə 2 ha ərazidə 2500 ədəd, Hacıqabul rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac əkilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.