Noyabrın 12-də oduncağın tədarük olunduğu ərazilər
13 Noyabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 12 noyabr 2021-ci il tarixində ümumilikdə 237 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Zaqatala rayonu üzrə 67 m3, Tovuzda 20 m3, Oğuzda 35m3, Şəkidə 49 m3, Qaxda 5 m3, Yevlaxda 20 m3, Göygöldə 26 m3, Şabran 15 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.