Xəbərlər


Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar olunub

13 Noyabr 2021, 13:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Quba və Masallı rayonlarının ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaşlar Nazim Hüseynov, Əhməd Tağıyev və Aqil Vəliyevin həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 5.89 m3 həcmində işlik meşə materialı müəyyən edilib. 
 
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, hazırda işlər üzrə araşdırma davam edir.